Xəbər lenti

Bella Hadid “Adidas” qalmaqalından sonra ilk dəfə ictimaiyyət qarşısında
Dünya 15:56 31.07.2024

Bella Hadid “Adidas” qalmaqalından sonra ilk dəfə ictimaiyyət qarşısında

Supermodel Bella Hadid "Adidas” brendi ilə yaşanan qalmaqaldan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

Qaynarinfo xəbər verir ki, fotolar Daily Mail saytında dərc olunub.

İyulun 29-da Bella Hadid Texasda pizzaçıdan çıxarkən paparassilərə tuş gəlib. Supermodel kovboy görünüşündə olub. Məşhur köynək, qara dəri gödəkçə, tünd göy cins şalvar, ağ papaq və qəhvəyi sviter geyinib. Bella Hadid geyimini kütləvi toqqalı kəmər və bir neçə üzüklə tamamlayıb.

İyulun 19-da "Adidas” fələstinli model Bella Hadidlə idman ayaqqabısı reklamına görə üzr istəyib. Brend 1972-ci il Münhen Olimpiadasının şərəfinə ayaqqabı buraxıb. Həmin il İsrail-Fələstin münaqişəsi zamanı Almaniyada terror aktı baş verib.

İyulun 21-də Bella Hadidin "Adidas”ı məhkəməyə vermək üçün vəkillər tutduğu məlum olub. Jurnalistlər bildiriblər ki, supermodel ondan reklam kampaniyasında istifadə etdiyinə və qalmaqala qarışdığına görə brendin məsuliyyətə cəlb olunmasını istəyir.

Bir gün əvvəl Bella Hadid hadisəyə ilk dəfə münasibət bildirib. Supermodel heç vaxt hər hansı faciə ilə bağlı layihələrdə iştirak etməyəcəyini bildirib. Ulduz bildirib ki, 1972-ci ildə Almaniyada baş vermiş terror aktından nə onun, nə də komandasının xəbəri olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->