Xəbər lenti

Bella Hadidlə
Dünya 18:12 30.07.2024

Bella Hadidlə "Adidas" arasında "Fələstin qalmaqalı": "Həmişə xalqımı dəstəkləyəcəm"

Supermodel Bella Hadid "Instagram"da onun iştirakı ilə yayımlanan qalmaqallı "Adidas" reklamına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Bella Hadid heç vaxt hər hansı faciə ilə bağlı layihələrdə iştirak etməyəcəyini bildirib. 

Supermodel etiraf edib ki, nə onun, nə də komandasının 1972-ci ildə Almaniyada İsrail-Fələstin münaqişəsi fonunda baş vermiş terror aktından xəbəri olmayıb.

"Mən bu kampaniyada nəzakətsizlikdən şoka düşdüm, üzüldüm və məyus oldum. Bu barədə bilsəydim, heç vaxt iştirak etməzdim", deyə məşhur əmin edib.

Bella Hadid həmçinin qeyd edib ki, o, antisemitizm də daxil olmaqla heç bir formada nifrəti dəstəkləmir.

"Fələstin terrorizmin sinonimi deyil və bu kampaniya təsadüfən bizim kim olduğumuzu əks etdirməyən bir hadisəni vurğuladı. Mən qürurlu bir fələstinli qadınam və mədəniyyətimizdə keçən həftə eyniləşdirdiyimizdən daha çox şey var. Antisemitizmdən azad bir dünyanı müdafiə etməyə davam edərkən mən həmişə xalqımın yanında olacağam", deyə supermodel yazıb.
 


Hadid əlavə edib ki, o, təkcə fələstinlilərin deyil, həm də bütün dünyada olan hər bir insanın maraqlarını müdafiə edəcək.

İyulun 19-da "Adidas" fələstinli model Bella Hadidlə idman ayaqqabısı reklamına görə üzr istəyib. Brend 1972-ci ildə Münhen Olimpiadasının şərəfinə ayaqqabı buraxıb. Həmin il İsrail-Fələstin münaqişəsi zamanı Almaniyada terror aktı baş verib.

İyulun 21-də Bella Hadidin "Adidas"ı məhkəməyə vermək üçün vəkillər tutduğu məlum olub. Jurnalistlər bildiriblər ki, supermodel ondan reklam kampaniyasında istifadə etdiyinə və qalmaqala qarışdığına görə brendin məsuliyyətə cəlb olunmasını istəyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->