Xəbər lenti

Berezovskinin son məktubu - PUTİNƏ
Dünya10:06 25.03.2013

Berezovskinin son məktubu - PUTİNƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl Londondakı evində ölmüş vəziyyətdə tapılan rusiyalı oliqarx Boris Berezovskinin ölümündən əvvəl prezident Vladimir Putinə yazdığı məktub tapılıb. 

Qaynar.info-nun məlumatına görə, Rusiyanın "Rossiya 24" kanalına açıqlama verən prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Berezovskinin Putinə məktub yazaraq üzr istədiyini, prezidentdən Rusiyaya qayıtmaq üçün kömək istədiyini deyib. 

Peskov, "Berezovski məktubu şəxsən özü yazıb və məktubda çoxlu səhvlər etdiyini boynuna alıb" deyə bildirib. 

Rusiyalı müxalifətçi Andrey Sidelnikov isə belə bir məktubun olmasına inanmadığını deyib. 

Qaynar.info