26 dekabr şənbə günü səhər saatlarında Berlinin Kreuzberg bölgəsində naməlum şəxslər atəş açmağa başlayıb.
Qaynarinfo Bild-ə istinadla xəbər verrir ki, hadisə Sosial Demokrat Partiyasının ofisinin yaxınlığında baş verib. Bununla belə, polis hazırda "siyasi" hücum versiyasını nəzərdən keçirmir.
Hələlik dörd nəfərin yaralandığı məlumdur: üçü atışma yerində, ayağından qəlpə almış digər bir yaralı isə Landver-kanalda tapılıb.
Hücum edən və ya edənlər hadisə yerində qaçıb, axtarış davam edir.