Xəbər lenti

Berluskoni nəvəsi yaşda qızla evlənir - VİDEO
Dünya12:19 01.11.2013

Berluskoni nəvəsi yaşda qızla evlənir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın 77 yaşlı eks baş naziri Silvio Berluskoni 3-cü dəfə evlənib. Berluskoni özündən 49 yaş kiçik olan Françeska Paskal adlı xanımla gizlincə evlənib.

Onlar hələ Françeskanın çox gənc yaşlarında, “İrəli İtaliya” gənclər təşkilatında işləyən zaman tanış olublar. Françeska tanınmış siyasətçiyə ilk baxışdan aşıq olduğunu bildirib.

Son vaxtlar Berluskonin yeni həyat yoldaşı haqqında elə də yaxşı məlumatlar yayılmayıb. Beləki, Françeskanın lezbiyan olduğu və Berluskoni ilə gözdən pərdə asmaq üçün evləndiyi deyilir.Françeska isə hazırda məhkəmə vasitəsilə bu sözü yayan Mişel Bonevadan 10 milyon avro təzminat tələb edir.(anspress)