
Suriyada hökumət qüvvələri tərəfindən kimyəvi silahdan sitifadə edilməsi məlumatı yalandır və ölkəyə hərbi müdaxiləyə haqq qazandırmaq üçün ortaya atılıb.
Qaynar.info-nun məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi mühahibəsində deyib.
Onun sözlərinə görə, əgər Pari, London və Vaşinqtonun əllərində əsaslı sənədlər olsaydı, onlar bunu dünya ictimaiyyətinə təqdim edərdilər. "Kimyəvi silahdan istifadə edilməsi ilə bağlı məlumatlar Suriya haqqındakı yalanların bir hissəsidir. Bu, hərbi müdaxiləyə haqq qazandırmaq üçün ortaya atılıb" deyə Əsəd bildirib.
Bəşər Əsəd Avropa ölkələrini müxaliflərə silah verməkdə ittiham edib: "Bu nə verəcək? Birincisi, böyük dağıntılar olacaq. Bunu kim ödəyəcək? Suriya xalqı. Əgər Avropa ölkələri müxaliflərə silah verməyi davam etdirsələr, ölkə terrorçuların məskəninə çevriləcək. Azad Suriya Ordusuna silah verilməsi terrorizmin Avropaya ixrac olunması deməkdir".
Qaynar.info