
Suriya lideri Bəşər Əsədin katoliklərin dini lideri Roma Papası Fransiskə məktub göndərdiyi bildirilib.
Qaynar.info xəbər verir ki, suriyalı nümayəndə heyəti Vatikana gedərək dövlət katibi Pietro Parolinə Bəşər Əsəddən xüsusi məkətub aparıb.
Vatikan mətbuat xidmətinin rəhbəri Federiko Lombardi suriyalı nümayəndə heyətinin Humanitar yardımlar üzrə nazir Xose Sveyd, dövlətin 2 nömrəli şəxsi Müsyo Parolin və Papanın dövlətlərlə əlaqələr katibi Dominik Mamberti ilə keçirdiyi görüşdən sonra açıqlama yayıb.
Lombardi, "Heyət Əsəddən Suriya hökumətinin mövqeyini ortaya qoyan bir mesajı Papaya gətirdi" deyib.
Məktubun məzmunu ilə bağlı heç bir məlumat verilməyib.
Qaynar.info