Xəbər lenti

İdman 13:48 24.03.2024

"Betis"in ən böyük səhmdarı dünyasını dəyişdi

"Betis"in ən böyük səhmdarı sayılan və 1996-2006-cı illərdə klubun prezidenti olmuş Manuel Ruiz de Lopera dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, o, Sevilyadakı evində 79 yaşında vəfat edib. Lopera həzm problemləri nəticəsində Sevilyada xəstəxanaya yerləşdirilmişdi.  

Seviliyalı iş adamı Verdiblanko klubuna 1991-ci ilin sentyabrında qurumun o vaxtkı rəhbəri Hüqo Qalera Davidsonun iqtisadi vitse-prezidenti kimi gəlib. Klubun İdman Səhmdar Cəmiyyətinə çevrilməsi üçün o, "Farusa" (Familia Ruiz Ávalos SA) şirkətini səhmlərin 51%-i ilə müəssisənin ən böyük səhmdarına çevirmək yolunda lazımi zəmanətləri təqdim edərək "yaşıl-ağ"ların səhmdarlıq gücünü ələ keçirib.

Onun dönəmində "Betis" iki dəfə La Liqaya yüksəlmək hüququ qazanıb, avrokuboklara bir neçə dəfə vəsiqə əldə edib, 2005-ci ildə "Kral Kuboku"nu başı üzərinə qaldırıb və və Çempionlar Liqasında iştirak hüququna malik olub. Onun dönəmində "Betis" ən yüksək qitə yarışına çıxan ilk Andalusiya klubu ünvanını qazanıb. 2010-cu ildə Lopera, səhmlərini iş adamı Luis Oliverə satıb. Onlar arasındakı mübahisələr məhkəmədə sona çatıb.

Küçmiş prezident "Betis"də çalışarkən klubu müəssisənin özündən pulla ələ keçirmək üçün etdiyi manevrlər səbəbindən məhkəmələrdəki problemlərdən əlavə, mediada da çoxsaylı tənqidlərlə üzləşirdi. 1997-ci ildə o, braziliyalı Denilson üçün 30 milyon avro ödəyərək klub tarixinin ən bahalı transferini etmişdi. 

Son illərdə səhhətində bəzi problemlərdən əziyyət çəkən Lopera mediada arabir çıxışlar edərək, diqqət mərkəzindən uzaqda qalmağa üstünlük verirdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->