Xəbər lenti

İdman 14:14 06.02.2024

"Betis"in futbolçusu məhkəmə qarşısına çıxdı

"Betis”in futbolçusu Vilyan Karvalyo məhkəmə qarşısına çıxıb.

Qaynarinfo-nun məlumatına görə, 31 yaşlı portuqaliyalı cinsi təcavüzdə ittiham olunub.

Şikayətə görə, Vilyam İbizada yaşayan bir qadını Sevilya şəhərinə dəvət edib. Daha sonra onlar bir restoranda görüşüb, oradan da gecə klubuna gediblər. Həmin günün səhəri qadın bədənində açıq-aşkar zorakılıq əlamətləri və nə baş verdiyini dəqiq xatırlamadan oyanıb.

Son həftələrdə Karvalyonun "Beşiktaş”a transferi gündəmdə idi. Ancaq tərəflər məsələ ilə bağlı konkret açıqlama verməyib.

Portuqaliyalının "Betis" lə 2026-cı ilə qədər müqaviləsi var.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->