Ermənistanda olan Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Teresa Daban Sançes yaxın gələcəkdə bu Cənubi Qafqaz respublikasında istisadi artım gözləmədiyini bildirib.
Bu isə Ermənistanda əhalinin daha da kasıblaşmasına səbəb olmaqla yanaşı, xaricə axını da artıracaq.
Ermənistanda iqtisadi aktivliyin aşağı düşdüyünü və sahibkarlıq mühitinin pisləşdiyini deyən Teresa Daban Sançes “Biz 2013-cü ilin əvvəlindən bunu proqnozlaşdırırdıq”.
Mütəxəssis Ermənistanda iqtisadi artım tempinin aşağı düşməsi səbəbləri arasında Rusiya amilini də qabardıb.
Qeyd edək ki, bu ölkə Ermənistanın strateji partnyorudur. Təhlükəsizlik və iqtisadi sahədə iki ölkə sıx əməkdaşlıq edir.//Anspress