BMT-nin Beynəlxalq Məhkəməsində ABŞ-ın İranla imzalanmış nüvə sazişindən imtina etməsi və sanksiyaların tətbiqinə başlaması məsələsi ilə bağlı dinləmələrə start verilib.
Qaynarinfo xəbər verir ki, İranın iyul ayında etdiyi şikayətə əsasən başlayan proses avqustun 30-una qədər davam edəcək və tərəflərə öz mövqelərini təqdim etmək üçün 4,5 saat vaxt veriləcək.
İran ABŞ-ın 1955-ci ilin "Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları haqqında" ikitərəfli saziş üzrə öhdəliklərini pozduğunu qəbul etməsinə, sanksiyaların dayandırılmasına çalışır.
Qeyd edək ki, ABŞ 8 may tarixində nüvə sazişindən imtina edib və İrana qarşı sanksiyalara başlayıb.
Gülşən