Xəbər lenti

Beynin fəaliyyəti üçün ən faydalı ərzaq hansıdır?
Dünya19:24 03.12.2016

Beynin fəaliyyəti üçün ən faydalı ərzaq hansıdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ alimləri südün insan beyninin fəaliyyətinə ən faydalı ərzaq olduğunu müəyyən ediblər.
AZƏRTAC “Belta” saytına istinadla xəbər verir ki, elm adamları bu qənaətə 60-dan çox könüllü arasında aparılan eksperiment nəticəsində gəliblər.
Tədqiqatlarda yalnız yaşlı insanlar iştirak ediblər. Onlardan hər gün süd içmək tələb olunub. Nəticədə verilən tapşırığa riayət edənlərin beyinlərinin daha yaxşı fəaliyyət göstərdiyi müşahidə edilib.
Alimlər bunu süd içərkən insan orqanizmində müəyyən turşuluğun yaranmasına səbəb olan qlutationun əmələ gəlməsi ilə izah edirlər ki, bu da beyində yaşla əlaqədar xəstəliklərin qarşısını almağa kömək edir.
Qaynarinfo.Az