Xəbər lenti

Beyons və Eminemi geridə qoydu: XXI əsrin ən yaxşı müğənnisi elan edildi
Video 13:00 10.01.2025

Beyons və Eminemi geridə qoydu: XXI əsrin ən yaxşı müğənnisi elan edildi

Məşhur "Billboard" musiqi jurnalı XXI əsrin ən yaxşı ifaçılarını müəyyən edib. 

Qaynarinfo xəbər verir ki, siyahı 2000-ci illərdən bu yana "Billboard 200" və "Billboard Hot 100" hit-paradlarının məlumatları əsasında hazırlanıb.

Analiz nəticələrinə əsasən, əsrin ən yaxşı müğənnisi amerikalı ifaçı Teylor Svift seçilib. Onun musiqi parçası ilk dəfə 2006-cı ildə hit-paradlarda yer alsa da, bu müddət ərzində 14 dəfə musiqi albomları ilə "Billboard 200"də, 12 dəfə isə "Billboard Hot 100"də birinci yeri tutub.

Teylor Svift rekordlara imza atan müğənnilərdəndir. Məsələn, o, 2022-ci ildə "Midnights" albomundakı mahnıları ilə hit-paradın ilk 10 pilləsini eyni anda tutan ilk sənətçi olub. Bu uğur 2024-cü ilin mayında "The Tortured Poets Department" albomu ilə təkrarlanıb. Sviftin digər rekordlarından biri isə 86 həftə ərzində "Billboard 200"də birinci yerdə qalmasıdır ki, bu da dünya musiqisində analoqu olmayan bir nailiyyətdir.
 


Siyahının ikinci pilləsində Dreyk qərarlaşıb. Onun mahnıları ilk dəfə 2009-cu ildə hit-paradlarda yer alıb. O zamandan bəri "Hot 100"də 78 mahnısı ilk 10-luğa daxil olub, ümumilikdə isə 338 mahnısı hit-paradlarda qeyd edilib. 2018-2023-cü illər arasında "Hot 100"də 431 həftə ərzində fasiləsiz iştirak edən Dreyk bu göstəricidə də rekordçudur.

Üçüncü yeri isə Rihanna tutub. Onun musiqi karyerası 2005-ci ildə başlayıb və gənc yaşlarından dünya şöhrəti qazanıb. İfaçının 2 albomu "Billboard 200"də, 14 sinqlı isə "Hot 100"də birinci yerə yüksəlib. Bundan əlavə, Rihanna tarixdə 10 mahnısı birinci olan ən gənc ulduz hesab edilir.

"Billboard"a görə XXI əsrin ən yaxşı 10 ifaçısı:

1. Teylor Svift
2. Dreyk
3. Rihanna
4. Post Malone
5. Eminem
6. The Weeknd
7. Beyons
8. Castin Biber
9. Bruno Mars
10. Aşer

Qeyd edək ki, daha əvvəl Teylor Svift ən zəngin qadın müğənnilər arasında birinci yerə yüksəlmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->