Xəbər lenti

Beyrutda baş verən partlayışa görə iki Rusiya vətəndaşı axtarışa verildi
Dünya13:31 02.10.2020

Beyrutda baş verən partlayışa görə iki Rusiya vətəndaşı axtarışa verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Livan prokurorları İnterpoldan avqust ayında Beyrut limanında baş verən dəhşətli partlayışda şübhəli bilinən iki rusiyalının axtarışa verilməsini istəyib. Q
Qaynarinfo xəbər verir ki, bu haqda BBC News yazıb. Söhbət "Rhosus” yük gəmisinin kapitanı və sahibi Boris Prokoşev və Boris Qreçuşkindən gedir. Bu gəmi 2013-cü ildə ammonium nitrat yüküylə bu ərəb ölkəsinə gəlib və partladığı günə kimi liman anbarında lövbər salıb. Keçmiş kapitan Prokoşev Rusiya mətbuatına ittihamlardan apellyasiya şikayəti verəcəyini deyib.
Qeyd edək ki, Beyrut partlayışının nəticələri fəlakətli olub: demək olar 200 nəfər ölüb, şəhərin yarısında bina və tikililərin dağılması və ya zədələnməsi qeydə alınıb. Rusları nəzərə almasaq, cinayət işində 20-dən çox adamın adı var.
Alpər