Xəbər lenti

BŞİH Nazirlər Kabinetinin qarşısında aksiya ilə bağlı qərar verdi
Siyasət07:39 08.07.2022

BŞİH Nazirlər Kabinetinin qarşısında aksiya ilə bağlı qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə icazə verməyib.
Qaynarinfo-nun xəbərinə görə, BŞİH bu gün müraciətə cavab verib.
Qeyd edilib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir. Bu tələb pozulduğuna görə toplantının keçirilməsinə icazə verilməyib.
Xatırladaq ki, 13.07.2022 tarixində saat 12.00-da Nazirlər Kabinetinin binası qarşısında "Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçirilməsi planlaşdırılırdı.