Xəbər lenti

Biləsuvarda yarım milyonluq yol təmiri -  Qalib şirkət kimindir?
Ekonomiks 18:32 04.10.2023

Biləsuvarda yarım milyonluq yol təmiri -  Qalib şirkət kimindir?

Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat EN” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 505 093,6 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan görünür ki, şirkət tenderlərdə fəal iştirak edir və əsasən icra hakimiyyətinin iri məbləğli satınalma müsabiqələrinin qalibi seçilir. 

Şirkət bir neçə gün əvvəl Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 380 minlik tenderinin qalibi seçilib. Müsbaiqə yol təmiri ilə bağlı olub. 

"Proqres İnşaat EN” MMC-nin maddi texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. Adına heç yerdə rast gəlinməyən, iki ildir fəaliyyət göstərən bir şirkətin həm Bakıda, həm də Biləsuvarda təmir işləri görəcəyi bir qədər inandırıcı görünmür. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur. O, 2020-ci ildən bu vəzifədədir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->