"Microsoft" şirkətinin qurucusu Bill Qeyts dünyanı qlobal epidemiya barədə xəbərdar edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qetsə görə bu fərziyyə növbəti 10 il reallaşa və 6 ayda 30 milyon insanın ölümünə səbəb ola bilər. Milyarder deyir ki, dünya müharibəyə hazırlaşdığı kimi bu dövrlər üçün də işlər görməlidir. İddiada alimlərdən birinin suçiçəyi virusunu öldürücü formaya sala və qlobal epidemiyaya səbəb ola biləcəyi vurğulanır.
Mərc şirkətlərindən biri ötən dövrlərdə dünya üçün 10 fəlakət ssenarisi hazırlayaraq bu hadisələri mərcə qoyduğunu açıqlamışdı. Həmin siyahıda qlobal epidemiya təhlükəsi də yer almışdı.
Həmin ssenarilər bunlardır:
Planetimizin kənar mədəniyyət tərəfindən işğalı
Qara dəliyin Yeri udması
Nano texnologiyanın insan mədəniyyətinə son verib planetdə hakim növə çevrilməsi
Süni intellektin insanların nəzarətindən çıxması
Bioloji dünya müharibəsi
Qlobal təbii fəlakət
Qlobal epidemiya
Qiyamət günü
Günəşin dünyadakı həyatın sonlanmasına səbəb olması
Qeyd edək ki, Nobel mükafatına layiq görülmüş 50 alim də insanlara qlobal epidemiya barədə xəbərdarlıq edir.
Gülşən