
"Üç dəfə Üsamə bin Ladenin üzünə atəş açdım”. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş xüsusi təyinatlı əsgəri Rob Onil söyləyib.
O, Üsamə bin Ladenin ölümündən qabaq həyat yoldaşının arxasında gizləndiyini bildirib: “Mən həmkarımla Bin Ladenin sığınacağına daxil olanda onun üçüncü mərtəbəsində bir neçə qadın var idi. Özü isə ölümündən qabaq həyat yoldaşının arxasında gizlənirdi. Bu simanı mən televizordan dəfələrlə görmüşdüm. Düz gözümün qabağındaydı. Üzünə 3 dəfə atəş açdım”.
Qeyd edək ki, Üsamə bin Laden ABŞ xüsusi təyinatlılarının əməliyyatı zamanı Pakistanın Abbottabad şəhəri ətrafında 2011-ci ilin mayında öldürülüb.
Qaynar.info