Xəbər lenti

Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başa çatdı
Siyasət08:04 04.06.2016

Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri iyunun 4-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

B.Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.(Report.az )