Sağlamlıq 15:37 12.12.2022

Bir ailənin 5 üzvü kəklikotudan zəhərlənib? - İnfeksionist

Bir ailənin 5 üzvü kəklikotudan zəhərlənə bilməz, yəqin onun tərkibində başqa qarışıqlar olub.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev Qax rayonunda bir ailənin 5 üzvünün zəhərlənməsi faktından danışarkən deyib. Namiq Nəbiyev deyir ki, kəklikotunun tərkibində sidikqovucular var, o, təzyiqi aşağı sala bilər:

"O, artıq qida zəhərlənməsi yox, toksiki zəhərlənmədir. Bəlkə əvvəl nəsə yeyiblər, müxtəlif səbəblər ola bilər”.

Qeyd edək ki, Qaxda bir ailənin 5 üzvü zəhərlənib. 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Bahar Rüstəmli