Xəbər lenti

Dünya 23:52 17.04.2023

Bir insanın sizə yalan danışıb-danışmadığını necə bilməli? - Alimlərdən etibarlı üsul

Hollandiyalı elm adamları, bir insanın mütləq yalançı olduğunu təxmin etməyə tam olaraq nəyin kömək etdiyini tapdılar. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, onlar öz nəticələrini Nature Human Behavior jurnalında dərc ediblər. Tədqiqatçılar insanın verdiyi açıq siqnalların olduğunu və yalanı anlamaq üçün diqqət etməli olduğunuzu təsdiqləyiblər. Ancaq onlara diqqət yetirməyə başlasanız, asanlıqla çaşa bilərsiniz.

"Əksər hallarda insanlar qısa müddət ərzində bütün "işarələri” düzgün qiymətləndirə bilmirlər və xüsusən də bir insanın yalan danışıb-danışmadığına həmin işarələrə əsaslanaraq dəqiq nəticə çıxara bilmirlər. - Tədqiqatın aparıcı müəllifi, psixoloq Bruno Verşuer deyir. – Analiz edəni "şübhəlinin” görünüşü, siması ilə bağlı beynə möhkəm yerləşdirilmiş stereotiplər də çaşdırır. Onlar daha da çaşdırıcı ola bilər”.

Tədqiqatçıların apardığı eksperimentdə təxminən 1,5 min insan iştirak edib. Onlara verilən tapşırıq tələbələrin günlərini necə keçirdikləri ilə bağlı bir neçə yazılı "şəhadət” və videokasetləri araşdırmaq olub. Sonra kimin yalan danışdığını, kimin danışmadığını təxmin etmək tapşırığı.

Eksperimentin bəzi iştirakçıları öz intuisiyalarından "yalan detektoru” kimi istifadə ediblər. Məlum olub ki, bu üsul işləmir. Düzgün cavabların sayı az olub.
Lakin tələbələrin hekayələrində təfərrüatların miqdarına diqqət yetirənlər: yerin, hərəkətin, əşyaların, hadisələrin və onların zaman çərçivələrinin təsviri əla nəticələr verib. Təfərrüat səviyyəsinə diqqət yetirən iştirakçılar həqiqəti yalandan 80%-ə qədər dəqiqliklə fərqləndirə biliblər, - "Psychologies” yazır.

"Biz yalnız tələbələrin əhvalatlarının təfərrüatlarına diqqət yetirməyi təklif edəndə insanlar demək olar ki, çox halda yalanı həqiqətdən ayıra bilirdilər, - holland psixoloqlar deyib. - İnsan yalan danışarkən, etibar səviyyəsini artırmaq üçün yalanlarına təfərrüatlar əlavə etmək ehtimalı daha yüksəkdir".
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?