"Şaxtyor” Donetskin qapıçısı Dmitri Riznık Çempionlar Liqası tarixində bir oyunda həm avtoqol vurub, həm də penalti dəf edən 3-cü qapıçı olub.
Qaynarinfo xəbər verir ki, bu barədə statistika portalı "Opta” məlumat
yayıb.
Əvvəlki iki hadisə 2014 və 2017-ci illərdə baş verib: belə bir nəticə ilə Roberto Ximenes "Olimpiakos" - "Yuventus" matçında və serb qapıçı Mile Svilar "Benfika" – "Mançester Yunayted" oyununda fərqlənmişdi.
Xatırladaq ki, "Arsenall"a oyunun 29-cu dəqiqəsində Riznık avtoqol vurub, lakin ikinci hissədə o, Leandro Trossarın 11 metrlik zərbəsini dəf edib. Bu, oyunun 77-ci dəqiqəsində baş verib, belçikalı futbolçu sadə şəkildə topu mərkəzə vurub və "mədənçilər"in qapıçısı ayaqlarını uzadaraq zərbəni geri qaytarıb. Oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Alpər
Şərhlər