Xəbər lenti

Bir qrup ABŞ konqresmeni OPEC və neft nəhənglərinə qarşı
Dünya 15:05 05.06.2024

Bir qrup ABŞ konqresmeni OPEC və neft nəhənglərinə qarşı

Çərşənbə axşamı ABŞ Nümayəndələr Palatasında bir qrup demokrat qanunverici ABŞ Ədliyyə nazirliyindən ABŞ-ın neft istehsalçıları və OPEC kartelinə qarşı antiinhisar araşdırması aparmağı xahiş edib. Belə ki, onlar ABŞ-ın iki ən böyük neft şirkətinin yanacaq qiymətlərini yüksək saxlamaq məqsədi ilə sövdələşməyə getdiyini düşünürlər.

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Baş prokuror Merrik Qarlanda göndərdikləri məktubda doqquz demokrat konqresmen Federal Ticarət Komissiyasının (FTC) may ayında "Pioneer Resources”un keçmiş baş direktoru ABŞ neft şirkətləri ilə xarici istehsalçılar arasında qiymət fiksasiyası ilə məşğul olması ilə bağlı şikayətinə istinad edərək bunu dözülməz adlandırıblar. 

Məktubda, həmçinin "Exxon Mobil Corp” və "Chevron” tərəfindən 2023-cü ildə əldə edilən izafi mənfəət haqqında məlumatlar təqdim edilir.

"Biz Ədliyyə nazirliyinin bu rəqabətə zidd davranışı araşdırmaq və lazım gələrsə, mühakimə etmək üçün tam səlahiyyətlərindən istifadə etməyə çağırırıq", - məktubda deyilir.

"Exxon” və "Chevron”a gəldikdə, konqresmenlər qeyd edirlər ki, neft nəhəngləri bu mənfəəti daha ucuz məhsullar şəklində istehlakçılara ötürməkdənsə, qiymətləri yüksək saxlamaq üçün sövdələşmə yolu ilə ciblərini doldururlar. 

"Exxon” bildirib ki, FTC-nin iddiaları şirkətin iş aparma tərzinə tamamilə uyğun gəlmir.

"Chevron” və OPEC sorğuya cavab verməyiblər. 

May ayının sonunda ABŞ Senatındakı demokratik çoxluğun lideri Çak Şumerin başçılıq etdiyi 23 demokrat senator tərəfindən də Qarlanda oxşar məzmunlu məktub göndərilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->