Amerikalı mühafizəkarlardan ibarət "Ukrayna naminə respublikaçılar” qrupu ABŞ Respublikaçılar partiyasının Kiyevə hərbi yardımın artırılmasına daha loyal olması üçün kampaniyaya başlaylb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN
yazır.
Gələn ay ABŞ Konqresinin tətildən qayıdacağı bildirilir. Və prezident Co Bayden administrasiyasının Ukraynaya əlavə milyardlarla yardım istəməsi partiya üçün sınaq ola bilər.
Nəşr yazır ki, "Ukrayna naminə respublikaçılar” qrupu 2 milyon dollarlıq kampaniyaya başlayır. Buraya gələn həftə Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək Respublikaçılar partiyasının ilk prezident seçkiləri debatları zamanı ümummilli Fox News kanalında yayımlanan reklamlar daxildir.
Layihə nümayəndəsi Qunner Ramer jurnalistlərə bildirib ki, bu məsələdə zaman vacibdir.
"Ümumiyyətlə, biz respublikaçı seçicilərlə fokus qrupları keçiririk və ənənəvi respublikaçı problemi hesab etdiyimiz məsələyə dəstəyin azaldığını müşahidə etdik”, - o deyib.
Jurnalistlərin fikrincə, ictimai sorğunun nəticələrinə görə, amerikalıların 55%-i hesab edir ki, ABŞ Konqresi Ukraynaya dəstək üçün əlavə maliyyələşdirməyə icazə verməməlidir. Onların arasında respublikaçılar 71 faiz təşkil edib. 51% isə ABŞ-ın Ukraynaya kömək etmək üçün artıq kifayət qədər iş gördüyünü deyir. Onların arasında respublikaçıların sayı 59 faizdir.
Nizami Bağırov