Xəbər lenti

Bir salxım üzüm 11 min dollara satıldı - FOTOLAR
Dünya05:00 09.07.2016

Bir salxım üzüm 11 min dollara satıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyada bir salxım üzüm 11 min dollara satılıb.

Türkiyə mediası xəbər verir ki, ölkənin qərbində yerləşən supermarketlərdən birinin sahibi dənəsi 360 dollar olan bir salxım üzüm alıb. O, üzümə 11 min dollar ödəyib. “Romalı yaqut” adlandırılan və həmin bölgədə yetişən bu üzüm növü mövsümün ilk məhsuludur.

Bir salxım üzümə 11 min dollar pul ödəyən Takamaru Konishi, aldığı üzümü müştərilərə daddıracağını deyib.

Yaponiyada ötən il də buna bənzər başqa bir hadisə baş vermişdi. Belə ki, iki ədəd yemiş 12 min dollara satılmışdı.

Qeyd edək ki, Yaponiyada yüksək məbləğə satılan meyvələr sosial status simvolu olaraq görülür.(atv.az)

Qaynarinfo.Az