Sankt-Peterburqun Nevski rayonunda bədbəxt hadisə baş verib.
Qaynarinfo xəbər verir ki, İstintaq Komitəsinin regional şöbəsindən verilən məlumata görə, yaş yarımlıq bir oğlan uşağı 12-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılıb.
Şöbə uşağın böyüklərin nəzarəti olmadan qaldığını bildirib.
Uşaq ağır vəziyyətdə xəstəxanaya aparılıb.
İstintaq öncəsi yoxlama aparılır.
Alpər