
İspaniya hökuməti vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun qəbul edib.
Qaynar.info-nun məlumatına görə, bundan sonra ölkə vətəndaşlığını almaq istəyən hər bir miqrant ölkə baş naziri Mariano Raxoyun həyat yoldaşının adını bilməlidir.
Ölkədə 10 ildir ki, miqrant kimi yaşayan Maqou Ndoye də birinci xanımın adını bilməməsi ucbatından vətəndaşlıq ala bilmədiyini deyib.
Yanvarın 28-də Almeriya əyalətinin vətəndaşları qeydiyyata alma şöbəsi Ndoyeyə pasport verməkdən imtina edib. Səbəb isə onun ölkənin birinci xanımının adınını bilməməsi olub.
Qeyd edək ki, ölkədə yalnız ispanlar arasında rəy sorğusuna görə, əksər ispanın öz ölkələrinin birinci xanımının adını bilmədiyi üzə çıxıb.
Qaynar.info