Rusiyanın Blaqoveşşensk şəhərində leysan yağışı selə səbəb olub.
Qaynarinfo xəbər verir ki, şəhərdə fövqəladə rejim tətbiq olunub.
Bütün gecə yağan yağış nəticəsində şəhərdə və onun ətrafındakı ərazilərdə çoxlu ağac aşıb, yollar suyun altında qalıb və işıqforlar sönüb. 55 yaşayış binası elektriksiz qalıb. Bir uşaq bağçası da tamamilə suya qərq olub.
Bu, yay mövsümündə şəhərdə baş verən ikinci seldir.