Siyasət 10:24 05.01.2023

Blinken Azərbaycan və Ermənistan XİN başçılarına zəng edəcək

Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq.

Qaynarinfo xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq.