Xəbər lenti

Bloomberg: Almaniya da Rusiyadan qorunmaq üçün hərəkətə keçməyə məcbur oldu
Dünya07:38 02.02.2023

Bloomberg: Almaniya da Rusiyadan qorunmaq üçün hərəkətə keçməyə məcbur oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya hakimiyyəti çoxqatlı raket əleyhinə qalxanların tədarükü üçün bir neçə müdafiə şirkəti ilə danışıqlar aparır. Raket əleyhinə qalxan müxtəlif istehsallı bir neçə hava hücumundan müdafiə sistemlərindən ibarət olacaq. Mənbələrə görə, bunun üçün təxminən 17 milyard dollar lazım olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumatlı şəxslərə istinadla məlumat yayıb.
Bloomberg-in yazdığına görə, Almaniya hökuməti Diehl Defence ilə 2-3 milyard dollar dəyərində səkkiz IRIS-T raket əleyhinə kompleksin alınmasını müzakirə edir. Bundan əlavə, İsrail Aerospace Industries şirkəti ilə 4 milyard dollar dəyərində Arrow 3 sistemlərinin və 10 milyard dollar dəyərində Amerika Patriotlarının tədarükü üçün Raytheon şirkəti ilə danışıqlar aparılır.
Agentlik mənbələrinin məlumatına görə, raket əleyhinə qalxan Almaniya və qonşu ölkələri qoruyacaq. Almaniya Müdafiə Nazirliyinin sözçüsü yalnız IRIS-T sistemlərinin tədarükü ilə bağlı danışıqların aparılması faktını təsdiqləyib.
Aprel ayında Bundesverin baş müfəttişi Eberhard Zorn bildirmişdi ki, Kalininqradda yerləşən "İsgəndər”lər demək olar ki, bütün Qərbi Avropa ərazilərinə çata bilirlər, Almaniyanın isə "etibarlı qalxanı” yoxdur. Eyni zamanda o, Almaniyanın ABŞ və ya İsraildən raketdən müdafiə sistemləri ala biləcəyini etiraf edib.
Alpər