Sammitdən əvvəl G20 ölkələri Rusiya Federasiyasının Ukraynadakı "xüsusi hərbi əməliyyatı” ilə bağlı ümumi formul hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yüksək rütbəli fransız məmuruna istinadən
yazır.
KİV xəbər verir ki, razılaşma əvvəllər neytrallıq siyasətini davam etdirən Çinin mövqeyinin yumşaldılması sayəsində əldə edilib. Qəzet yazır ki, indi Çin diplomatları Ukrayna ilə bağlı "daha yumşaq mövqe” tutublar, lakin başqa təfərrüatlar verilmir.
Bildirilir ki, kommünike məsələsində Rusiya ilə hələ də kompromis əldə olunmayıb.
Nəşr əlavə edir ki, bu il sammitə ev sahibliyi edən Hindistan hələ də Rusiya qüvvələrinin Ukraynadakı hərəkətlərini pisləməkdən imtina edir.
G20 Sammiti 9-10 sentyabr 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin iştirak etməyəcək. Ölkələri Rusiya xarici işlər naziri Sergey Lavrov və Çinin baş naziri Li Qiang təmsil edəcək.
Keçən il İndoneziyada keçirilən G20 sammitinin nəticələrinə görə, qrup üzvlərinin əksəriyyəti "xüsusi əməliyyat”ın keçirilməsini "qətiyyətlə pisləyib”, baxmayaraq ki, yekun kommünikedə bu məsələ ilə bağlı "digər fikirlərin” mövcudluğu qeyd edilib”, - bu dəqiqləşdirmənin əlavə olunmasını Rusiya təkid edib. Lakin G20 nümayəndələrinin fevral, iyul və avqust aylarında keçirilən görüşlərində Ukrayna münaqişəsi ilə bağlı mövqelər fərqli olduğuna görə yekun bəyanatlar razılaşdırılmayıb.
Alpər