Xəbər lenti

BMT-də “Qarabağ dinləmələri” nə vəd edir? - Ekspert
Siyasət11:29 16.08.2023

BMT-də “Qarabağ dinləmələri” nə vəd edir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"BMT TŞ-də bu mövzu ətrafında müzakirələr aparılacaq, lakin heç bir qərar qəbul edilməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev bu gün BMT TŞ-nin İrəvanın blokada yalanına görə toplanması fonunda nələrin gözlənilə biləcəyinə aydınlıq gətirərkən deyib: 
"Ermənistanın mövqeyində zəif cəhətlər çoxdur. Azərbaycan kifayət qədər fəal şəkildə bu zəif nöqtələri vurur. Məsələ belə bir səviyyədə müzakirə olunursa, deməli, vəziyyət gərgindir. BMT TŞ-də aparılan müzakirə də gərginliyi azaltmayacaq. Çünki söhbət fundamental məsələdən gedir”,- deyə A. Əliyev bildirib.
Həmsöhbətimiz qeyd edib ki, ABŞ senatının rəhbər şəxsləri olan Robert Menendes və Aleks Padillanın BMT-dəki ABŞ-ın daimi nümayəndəsinə məsələ ilə bağlı olaraq Azərbaycan hökumətinə təzyiq etməklə bağlı etdiyi müraciətləri də ümumi qərara təsir etməyəcək: 
"Onların bu məsələni qabartmaları heç də yaxşı hal deyil. Azərbaycana qarşı hücumlar getdikcə genişlənə bilər, lakin əleyhimizə ciddi qərarların olacağını düşünmürəm”.
A.Əliyev hesab edir ki, rəsmi Bakı mümkün olanı edir. "Prezidentin köməkçisi Hikmət Hacıyev dünya mediasına müsahibələr verir,  diplomatlara, siyasətçilərə, humanitar missiyanın üzvlərinə vəziyyəti izah edir. Belə vəziyyət isə əvvəl-axır öz nəticələrini göstərəcək. Ölkəmizə qarşı aparılan böyük miqyaslı informasiya hücumlarına cavab verməliyik. Bunu edirik, lakin yaxın gələcəkdə daha tutarlı cavablar verməli olacağıq”,- deyə ekspert vurğulayıb. 
Rüfət Sultan