Xəbər lenti

BMT-dən qorxulu hesabat: Bu ölkədə xarici serial izləyənlər edam edilir
Dünya 20:25 13.09.2025

BMT-dən qorxulu hesabat: Bu ölkədə xarici serial izləyənlər edam edilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni insan haqları hesabatı Şimali Koreyada tətbiq edilən repressiyaların təhlükəli həddə çatdığını üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, hesabata görə, 300-dən çox şahidin ifadələri əsasında müəyyən edilib ki, hökumət populyar Cənubi Koreya serialları da daxil olmaqla xarici televiziya məzmunlarını izləyən və ya paylaşan vətəndaşlarını edam etməyə başlayıb.

BBC-nin məlumatına əsasən, BMT-nin 14 səhifəlik sənədi 2014-cü ildən bəri texnoloji imkanlarla vətəndaşlar üzərində sistemli nəzarətin artırıldığını sübut edir. Hesabatda qeyd olunur ki, qəbul edilən yeni qanunlarla xarici film və serialların paylaşılmasına görə verilən cəzalar daha da sərtləşdirilib və edam cəzasını da əhatə edir.

Sənəddə bildirilib: "2015-ci ildən bu yana qəbul edilən qanunlar, siyasətlər və tədbirlər nəticəsində vətəndaşlar həyatın hər sahəsində artan nəzarət və məhdudiyyətlərə məruz qalır".

BMT-nin Şimali Koreya İnsan Haqları Ofisinin rəhbəri Ceyms Hinen Cenevrədə keçirilən mətbuat konfransında hesabatı təsdiqləyib. O, COVID-19 pandemiyasından sonra tətbiq edilən məhdudiyyətlərdən bəri siyasi cinayətlər də daxil olmaqla edamların sayında artım müşahidə edildiyini bildirib. Hinen deyib: "Xarici serialların yayılmasına dair qəbul edilən yeni qanunlar çərçivəsində çox sayda insan edam edilib".

BMT-nin hesabatı 2014-cü ildən bu günə qədərki dövrü əhatə edir və Şimali Koreyadan qaça bilmiş 300-dən çox şahid və zərərçəkmişlə aparılan müsahibələrə əsaslanır. Sənəddə ölkədə artan repressiyaların Şimali Koreyanı "dünyanın ən məhdudlaşdırıcı ölkəsi”nə çevirdiyi, vətəndaşların əsas azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı vurğulanır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->