Xəbər lenti

BMT-dən təbii fəlakətlərlə bağlı xəbərdarlıq
Dünya14:46 25.09.2019

BMT-dən təbii fəlakətlərlə bağlı xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2055-ci ildən etibarən dünya əhalisi dəniz səviyyəsinin artması ilə əlaqədar təbii fəlakətlə üzləşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin hesabatında məlumat verilir. Qaz emissiyasında ciddi azalma baş versə belə daşqınların qarşısını almaq mümkün olmayacaq. Dənizkənarı ərazilərdə yüz ildə bir dəfə baş verən dəhşətli daşqınlar hər il müşahidə ediləcək.
İqlim dəyişikliyinin okeanlara zərəri artıq başlayıb: mərcan rifləri məhv olur, güclü qasırğalar müşahidə edilir, buzlaqlar əriyir. 
Milli Okean və Atmosfer İdarəsinin sabiq rəhbəri Ceyn Labçenkonun sözlərinə görə, yaxın dövrlər ərzində ciddi addımlar atılmasa, təbii fəlakətlərin vurduğu zərər daha çox və qlobal olacaq.
BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar sammitində 77 ölkə 2050-ci ilə qədər təbii qaz emissiyasını dayandıracağını vəd edib. BMT-nin növbəti 25-ci İqlim Konfransı 2-13 dekabrda Çilidə baş tutacaq. 
BMT Baş Katibi 27 avqustda "G7" sammitində "İqlim fövqəladə vəziyyəti" elan edib. 
Növbəti ilin iyul ayının tarixdə ən isti ay olacağı proqnozlaşdırılır. Mütəxəssislərin sözlərinə görə, əsrin sonuna qədər temperatur artışını 1,5 Selsidə saxlamaq vacibdir. Dünya ölkələrinin hədəfi karbon-dioksid emissiyasını 2050-ci ilə qədər 0-a endirmək, təbii qaz emissiyasını 2030-cu ildə 45% azaltmaqdır.
Gülşən