Xəbər lenti

BMT dünyanı bu təhlükəli maddədən imtina etməyə çağırır
Dünya18:50 06.10.2019

BMT dünyanı bu təhlükəli maddədən imtina etməyə çağırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT dünyanı əsasən qab-qacağın, geyimlərin və kağızın tərkibində olan zərərli maddədən imtina etməyə çağırıb. BMT-nin mütəxəssisləri perftorheksan sulfon turşusunu (PFHST) ən təhlükəli kimyəvi maddə hesab edirlər.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, PFHST və onun yaxın birləşmələri sağlamlığa bərpa olunmayan ziyan vura bilərlər. Hazırda bu maddə ekologiya üçün də təhlükədir.
Bu maddə ilə tez-tez qarşılaşan insanda müxtəlif problemlər ola bilər. İlk növbədə mərkəzi sinir sistemi, beyin, endokrinoloji sistem və qalxanabənzər vəz zərər görə bilər.
BMT-nin Romada keçirilən 15-ci Ətraf mühitin çirklənməsi mövzusunda keçirilən görüşündə PFHST-dən imtina qərarına gəlinib. Bu görüşdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox alim iştirak edib.