Oktyabrın 6-da Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası Əfqanıstanda insan hüquqlarının pozulması iddiaları ilə bağlı sübutların toplanması üçün təhqiqata başlamaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Qeyd olunur ki, söhbət Avropa İttifaqının təklif etdiyi qətnamə layihəsindən gedir. Aİ Əfqanıstanda müstəqil araşdırma aparılmasını tələb edir.
Sentyabrda BMT-nin Əfqanıstandakı missiyası Talibanı bütün ölkə ərazisində internetə çıxışı bərpa etməyə çağırıb. Təşkilat bəyan edib ki, internetə çıxışa qoyulan məhdudiyyətlər ifadə azadlığını və məlumat almaq hüququnu daha da zəiflədir. Ölkədə internet xidməti 48 saata yaxın fasilədən sonra bərpa edilib.
Əvvəllər Əfqanıstan hökuməti qadınların yazdığı kitabları ölkə universitetlərinin tədris proqramından çıxarıb və insan haqları və cinsi qısnama mövzuları da daxil olmaqla 18 fənnin tədrisini qadağan edib. "Şəriət və Taliban əleyhinə siyasətlə bağlı” hesab edilən 680 kitabdan təxminən 140-ı qadınlar tərəfindən yazılıb.
Aydın
Şərhlər