"Boeing" şirkəti 2 böyük qəzadan sonra "737 Max" təyyarələrinin idarəetmə sistemində dəyişikliyə hazırlaşır.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, şirkət daha əvvəl məcburi olmayan xəbərdarlıq sistemi quraşdıracaq və bu, təyyarələrin qiymətində dəyişikliyə səbəb olmayacaq. Sensorlarda ziddiyyətli məlumatlar verildikdə xəbərdarlıq sistemi işə düşəcək və pilotlar məlumatlandırılacaq. "Boeing 737 Max" modellərinin proqram təminatında dəyişikliklərin edilməsi də planlar arasındadır.
Qeyd edək ki, 400-ə yaxın insanın ölümünə səbəb olan qəzalardan sonra bu model təyyarələrin təhlükəsizliyi məsələsi gündəmə gəlmiş, bəzi ölkələr "Boeing"ə verdiyi yüzlərlə təyyarə sifarişini ləğv etmişdi.
Gülşən