Bu gün Böyük 7-lər ölkələrinin xarici işlər nazirlikləri Ukrayna, Moldova və ərzaq təhlükəsizliyi mövzularını müzakirə etmək üçün görüşür.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu gün başlayan görüş dünyanın 7 varlı ölkəsinin xarici siyasət başçılarını bir araya gətirir.
Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Amerika və Avropa Birliyi.
Bu ilki görüşdə Ukrayna və Moldova xarici işlər nazirləri də iştirak edir.
Almaniya xarici işlər naziri Annalena Barbok deyib ki, Rusiyanın Ukrayna məsələsində dünyanı parçalamaq səylərinin qarşısını alacaqlar.
"Soyuq müharibənin bitməsindən sonra biz Böyük 7-lər heç vaxt belə bir çətinliklə üzləşməmişdik. Bundan əvvəl heç vaxt belə birlik içində olmamışdıq”,- o twitter profilində yazıb.
Nazirlərin görüşünün gündəliyində Ukrayna məsələsi, Rusiya neftinə embarqo qoyulması daxil onun daha da təcrid olunması mövzuları var.
Böyük Britaniya xarici işlər naziri Liz Truss Rusiyaya daha çox sanksiya qoymaq, Ukraynaya daha çox silah-sursat göndərmək və Vladimir Putini davamlı təzyiq altında saxlamağın vacib olduğunu bildirib.
Nurlan Hüseynov