Xəbər lenti

Boks yığmamızdan 1 "qızıl", 2 "bürünc" - "Bakı-2015"
İdman15:55 25.06.2015

Boks yığmamızdan 1 "qızıl", 2 "bürünc" - "Bakı-2015"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarında yarımfinal mərhələsi davam edib, eyni zamanda, final görüşlərinə start verilib. Qaynar.info xəbər verir ki, gün ərzində 10 çəkidə döyüşlər baş tutub.
Bu çəki dərəcələrinin 5-də finala vəsiqə qazananların adları bilinib. Yarımfinal görüşlərindən sonra 2 Azərbaycan boksçusu - Elvin Məmişzadə (52 kq) və Lorenzo Sotomayor (64 kq) finala yüksəlib.
Avropa Oyunlarında qızıl medal qazanacağına ən çox ümid bəslənilən Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinalda özündən 7 yaş kiçik Qasan Gimbatovla (Rusiya) qarşılaşmalı olsa da, döyüş baş tutmayıb. İkiqat dünya və Avropa çempionumuz ağır zədə səbəbindən qarşılaşmaya çıxmayıb və bürünc medal alması rəsmiləşib. Gimbatov isə mübarizəsiz finala yüksəlib. 
Qadın boksçularımızdan Anna Əlimərdanova yarımfinalda Yelena Saveleva (Rusiya) ilə görüşüb və 0:3 (36:40, 37:39, 36:40) yenilərək bürünc medalla kifayətlənib.
Günün uğuru final qarşılaşmasında gəlib. 81 kq çəki dərəcəsində rinqə çıxan Teymur Məmmədov inamlı qələbə sayəsində, boks yığmamıza ilk qızıl medalı qazandırıb.
Qaynar.info