Xəbər lenti

Boliviyanın eks-prezidenti vəfat etdi
Dünya16:50 29.04.2018

Boliviyanın eks-prezidenti vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Boliviyanın sabiq prezidenti olan general Luis Qarsiya Mesa Tejada vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən bildirir ki, o, aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Luis Qarsiya Mesa Tejada 1980-ci ilin iyul ayında hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olub və 1981-ci ilin avqustunda devrilib. 1995-ci ildə Boliviyanın Ali Məhkəməsi ona çoxsaylı insan hüquqlarının pozulması və hakimiyyətə qarşı çıxanların öldürülməsində təqsirli bilərək 30 il azadlıqdan məhrumetmə cəzası verib.