Xəbər lenti

Bolqarıstan prezidenti son 2 ildə 5-ci növbədənkənar seçki təyin etdi
Dünya11:17 02.02.2023

Bolqarıstan prezidenti son 2 ildə 5-ci növbədənkənar seçki təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstan prezidenti Rumen Radev fevralın 3-dən ölkə parlamentini buraxmaq qərarına gəlib və Qalab Donevin başçılığı ilə müvəqqəti hökuməti təyin edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bolqarıstan Radiosu” məlumat yayıb.
Radev növbədənkənar parlament seçkilərini 2 aprel 2023-cü il tarixinə təyin edib - bu, son iki ildə ölkədə beşinci seçki olacaq.
Qeyd olunur ki, müvəqqəti hökumət texniki xarakter daşıyacaq – indiki tərkiblə müqayisədə orada yalnız bir dəyişiklik olacaq: Velislav Minekovu əvəzləyən Nayden Todorov mədəniyyət naziri olacaq.
Yenidən seçki qərarı Sosialist Partiyasının hökuməti formalaşdıra bilmədiyini elan etməsindən və yerinə yetirilməmiş mandatı ölkə prezidentinə qaytardıqdan sonra qəbul edilib. Bolqarıstanda əvvəlki növbədənkənar parlament seçkiləri oktyabrın 2-də keçirilib. Onların qalibləri olan iqtidardakı Gəlin Dəyişək Partiyası da hökumət qura bilməyib.
Alpər