Xəbər lenti

Boris Consona yeni vəzifə verildi
Dünya09:24 03.10.2022

Boris Consona yeni vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consona Mühafizəkarlar Partiyasında yeni vəzifə verilib.
Qaynarinfo xəbər verir ki, məlumatı "The Guardian” yayıb.
Boris Conson Ukrayna ilə dostluq qrupuna başçılıq edəcək. Dostluq qrupunun yeni rəhbərinin adı Mühafizəkarlar Partiyasının qurultayında açıqlanıb. Qeyd edilib ki, Boris Conson Ukraynanı dəstəkləyən dünya liderləri arasında birincilərdəndir.
Keçmiş Baş nazir tədbirdə iştirak etməsə də, yeni vəzifədə fəaliyyət göstərməyə razılıq verib.
Qeyd edək ki, Baş nazir vəzifəsində Boris Consonu keçmiş xarici işlər naziri Liz Trass əvəz edib.