Xəbər lenti

İdman 12:34 19.12.2023

Borisov: "Qələbə qazanmaq istəyirik"

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlandın qonağı olacaq Azərbaycan millisi matçın keçiriləcəyi arenada ilk məşqini reallaşdırıb.
 
Qaynarinfo-nun məlumatına görə, futzalçılar təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində bir neçə taktiki təmrinləri də yerinə yetirib. Məşqdən sonra millimizin baş məşqçisi Vitali Borisov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

"Bu gün (dünən) günortaya yaxın Niderlanda gəlmişik. Uşaqlar uzun yol qət etdilər. Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq. Futzalçılar çalışdılar ki, onlara verilən tapşırıqları yerinə yetirsinlər. Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı.

Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də "5-in” "4-ə” oynayan zaman hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəm. Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?