Avropa ölkələrinin öz maraqları naminə "ağır gücə” ehtiyacı var və tərəfdaşlar təkcə həmfikir dövlətlər arasında deyil.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel
bildirib.
Borrell vurğulayıb ki, Avropa "güc dilindən istifadə etməyi öyrənməli, <...> təhdidlərə reaksiya və cavab verməlidir". Borrelin sözlərinə görə, söhbət təkcə hüquq sisteminin "yumşaq gücü”ndən deyil, həm də "ağır gücdən, hərbi olması mütləq deyil, ağır gücdən” istifadə etməkdən gedir.
O, həmçinin Avropa ölkələrinin "təşəbbüs göstərmək və koalisiya qurmaq” fikrini ifadə edib.
Bundan əvvəl Borrell Aİ-nin vahid ordusunun yaradılmasına və Avropa ölkələrinin özünümüdafiə sahəsində səylərinin artırılmasına çağırıb, çünki Rusiyanın Ukraynadakı hərəkətləri üzündən "Avropa təhlükəsizliyi landşaftında tektonik sürüşmə” baş verib.
Alpər