Xəbər lenti

Borrell Avropa ilə Rusiya arasında dialoqun şərtlərini açıqladı
Dünya14:14 01.08.2022

Borrell Avropa ilə Rusiya arasında dialoqun şərtlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Ukraynaya qarşı təcavüzdən imtina etmək şərti ilə Rusiya ilə dialoqa açıq qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Avropa diplomatiyasının rəhbəri Josep Borrelin Madridin Komplutens universiteti üçün sanksiyaların Rusiyanın gələcəyinə təsirini təhlil etdiyi yazısına istinadən məlumat yayıb.
Onun yazısının yekun hissəsində deyilir ki, 30 ildir ki, böyük dövlət statusunu bərpa etməyə çalışan Rusiya üçün Qərbdən qopmağın qiyməti çox baha olacaq.
Onun fikrincə, Rusiya rejimi siyasi mövcudluğunu "Çin qanadı altında” seçməli olacaq. Baxmayaraq ki, Çin həmişə dünya iqtisadiyyatına inteqrasiyanın onun yüksəlişinin əsasını təşkil etdiyini başa düşsə də, Rusiya prezidenti Vladimir Putin əks seçim edir. 
"Avropaya gəldikdə, biz Rusiya ilə dialoqa açıq qalırıq, bir şərtlə ki, Rusiya imperiya iddialarından əl çəksin və bütün dövlətlərin, o cümlədən Ukraynanın tam bütövlüyünə hörmət etsin”, deyə Borrell əlavə edib.
Xatırladaq ki, daha əvvəl Borrell Rusiya iqtisadiyyatının bu il 10% azalacağını və prezident Vladimir Putinin tezliklə "xalq üçün silah və yağ arasında seçim etməli olacağını” bildirmişdi.
Nizami Bağırov