Xəbər lenti

Borrell: Rusiyanın NATO-nun genişlənməsiylə bağlı tələbi qəbuledilməzdir
Dünya07:30 29.12.2021

Borrell: Rusiyanın NATO-nun genişlənməsiylə bağlı tələbi qəbuledilməzdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Welt qəzetinə Rusiyanın təhlükəsizlik zəmanəti tələbləri və NATO və Aİ-nin şərqə doğru genişlənməsinə son qoyması barədə danışıb. 
Qaynarinfo xəbər verir ki, o bu tələbləri "tamamilə qəbuledilməz şərtlərlə sırf Rusiya gündəmi” adlandırıb.
"NATO və Aİ-nin şərqə doğru genişlənməsinə son qoyulması tələbləri, eləcə də təhlükəsizlik zəmanətləri tamamilə qəbuledilməz şərtləri müəyyən edən sırf Rusiyanın gündəliyidir. Xüsusilə də Ukrayna ilə bağlı”, - deyə o əlavə edib.
Borrell bildirib ki, sadəcə Moskva bu kərə ilk dəfə olaraq "gündəmini yazılı şəkildə təqdim edib”. Bu, əvvəllər heç vaxt olmayıb.
"Aİ Rusiyanın xarici siyasətindəki bir çox hadisələrlə razılaşmır. Digər şeylərlə yanaşı, biz də ölkə hakimiyyətinin daxili məsələ hesab etdiyi bəzi hadisələrlə razılaşmırıq”, - deyə o vurğulayıb.
Alpər