Ötən gün Bosniya və Herseqovinada keçirilən parlament və prezident seçkilərinin nəticəsi açıqlanıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının xəbərinə görə, bosniyalı namizədlərdən Demokratik Hərəkat Partiyasının üzvü Sefik Dzaferoviç, xorvatlardan Demokratik Cənhə Partiyasının üzvü Zeljko Komsiç, serblərdən isə Müstəqil Sosial Demokratlar Alyansının üzvü Milorad Dodik qələbə qazanıb və Rəyasət Heyətinin üzvləri seçiliblər.
Seçkilərdə həmçinin millət vəkilləri, qanunverici və parlament assambleyasının üzvləri də müəyyənləşib.
Ölkə əhalisinin 53,36%-i seçkilərdə iştirak edib.
Gülşən