Xəbər lenti

Boston terrorçusu keçmiş CİA rəhbərinin yeznəsi imiş
Dünya07:39 29.04.2013

Boston terrorçusu keçmiş CİA rəhbərinin yeznəsi imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Boston şəhərində törədilən terror aksiyasında günahlandırılan çeçen qardaşların əmisi Ruslan Çarnayevin  Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş rəhbəri Qrehem Fullerin yeznəsi olduğu üzə çıxıb. 

Qaynar.info-nun məlumatına görə, Ruslan Çarnayev Samanta Ankara Fullerlə bir vaxtlar evli olub, lakin cütlük sonradan boşanıb. 

Qızının Ruslanla 90-cı illərdə evli olduğunu təsdiq edən Fuller onların evli olduğu vaxtda CİA-da işləmədiyini deyib: "Samanta Ruslan Çarnayevlə 3-4 il evli oldu. Samanta ilə Bişkekdə bir il birlikdə yaşadılar. Bizim Merilenddəki evimizdə də təxminən 1 il qaldılar. Onlar 1999-cu ildə boşandılar. Bütün çeçenlər kimi öz ölkəsini sevirdi, amma siyasətə qarışdığını görmədim. İngilis dilini də yaxşı bilmirdi, onunla rus dilində danışırdıq. Onun kəşfiyyat baxımından önəmli olduğunu düşünmədim".

Qaynar.info