Xəbər lenti

Boğulmuş 3 yaşlı uşağın atası ürəkləri parçaladı
Dünya18:01 03.09.2015

Boğulmuş 3 yaşlı uşağın atası ürəkləri parçaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədəki çimərlikdə cəsədi tapılmış üç yaşlı suriyalı oğlanın atası BBC-ə övladının necə dəhşətli vəziyyətdə ölməsindən danışıb.

Aylan Kurdinin atası Abdullah deyib ki, mindikləri qayıq yola düşməyə başlayandan bir neçə dəqiqə sonra hündür dalğalar onu aşırıb, gəminin kapitanı isə qaçıb.

"Uşaqlarımı və yoldaşımı tutmağa çalışdım, amma olmadı. Onlar bir-birinin ardınca öldülər", cənab Kurdi deyir.

Onun ailəsi Suriyada vətəndaş müharibəsindən qaçmağa çalışan ailələrdən biri idi.

"Mən qayığı idarə etməyə çalışdım, amma başqa bir böyük dalğa qayığın üstünə gəldi. Bundan sonra bütün bunlar baş verdi", cənab Kurdi deyib

Türkiyə polisi ölümlərlə bağlı dörd nəfəri saxlayıb. Onlar qanunsuz insan qaçaqmalçılığında ittiham olunur. Aşmış qayıqlarda 12 suriyalı ölüb.

Tutulan dörd kişi Suriya vətəndaşıdır və yaşları 30-41 arasındadır, Türkiyənin Doğan xəbərlər agentliyi deyib.

Bu il Avropaya çatmağa çalışan minlərlə miqrant ölüb.//bbc.com/azeri

Qaynar.info