XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Boz saçları gizlətməyə ehtiyac yoxdur: Yeni saçboyama texnikası (FOTO)
DƏB08:15 28.08.2026

Boz saçları gizlətməyə ehtiyac yoxdur: Yeni saçboyama texnikası (FOTO)

2026-cı ildə grey blending adlı yeni saçboyama trendi getdikcə populyarlaşır. Bu texnikada saçdakı boz rəng tamamilə gizlədilmir, əksinə, saçın əsas tonu ilə yumşaq şəkildə birləşdirilir. Bu yanaşma adi saçboyamadan bir neçə həftə sonra yaranan köklərdəki kəskin rəng fərqinin qarşısını almağa imkan verir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Grazia” jurnalı yazıb.

Metodun mahiyyəti açıq və tünd tellərin, tonlaşdırıcı vasitələrin və yarımşəffaf çalarların birləşdirilməsindən ibarətdir. Kolorist onları saçın ilkin rəngini, səd saçların miqdarını və yerləşməsini nəzərə alaraq seçir. Nəticədə gümüşü tellər ümumi rəng palitrasının bir hissəsinə çevrilir və saç uzandıqca rəng keçidi təbii və demək olar ki, nəzərə çarpmayan qalır.

Qeyd olunur ki, grey blending texnikasının əsas üstünlüyü salona daha az getməkdir. Boz saçların tam boyandığı halda rəngi təxminən hər 4-6 həftədən bir yeniləmək lazım gəlirsə, bu texnikada uzanan köklər kəskin kontrast yaratmır. Bu isə həm vaxta və pula qənaət etməyə, həm də saçın vəziyyətinə daim nəzarət etmək zərurətini azaltmağa imkan verir.

Bununla belə, grey blending istənilən nəticənin bir səfərdə əldə ediləcəyi anlamına gəlmir. Xüsusilə saç əvvəllər tünd rəngə boyanıbsa, daha yumşaq və çoxölçülü tona keçid üçün bir neçə prosedur tələb oluna bilər. Tədricən açılma isə saçın həddindən artıq zədələnməsinin qarşısını almağa kömək edir.

Nəticəni qorumaq üçün mütəxəssislər vaxtaşırı bənövşəyi şampundan, həmçinin qidalandırıcı vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Çünki boz saçlar çox vaxt daha quru olur.

Beləliklə, grey blending boz saçların tamamilə boyanması ilə onların təbii şəkildə uzadılması arasında bir növ kompromis təklif edir. Gümüşü saçlarla davamlı mübarizə aparmaq əvəzinə, onların ümumi görünüşün bir hissəsinə çevrildiyi rəng formalaşdırılır.

Aydın